İspaniyanın Bunol şəhərində ənənəvi “La Tomatina” festivalı keçirilib.
Yenigun.Media xəbər verir ki, Associated Press-in məlumatına görə, minlərlə insan festivalda iştirak etmək üçün şəhərə axışıb. İştirakçılar tonlarla yetişmiş pomidordan istifadə etməklə küçələrdə kütləvi “pomidor döyüşü” keçiriblər.
Festivalın bu il də böyük turist marağı ilə qarşılandığı bildirilir. Tədbir zamanı şəhərin küçələri və iştirakçılar pomidor kütləsi ilə örtülüb.
“La Tomatina” İspaniyanın ən məşhur kütləvi festivallarından biri hesab olunur.

