Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən DANIŞDI

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Yenigun.Media xəbər veirr ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”.