Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışında ölkəmizin davamlı iqtisadi inkişafı, investisiya imkanları və gələcək prioritetləri barədə mühüm fikirlər səsləndirilib.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Məmmədli bu barədə öz səhifəsində paylaşım edib.
Qeyd olunub ki, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Qarşıdakı dövrdə əsas diqqət qeyri-neft sektorunun inkişafına, bərpaolunan enerjiyə, logistika və nəqliyyat dəhlizlərinə, rəqəmsal transformasiyaya, mədənçiliyə və insan kapitalına yönəldiləcək.
Azərbaycanın sabitliyi, əlverişli investisiya mühiti və strateji coğrafi mövqeyi ölkənin yeni investisiya imkanlarını daha da genişləndirir.
Yenigun.Media

