Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Prezident səhiyyə nazirini azad etdi, yeni vəzifə verdi

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Yenigun.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.