Əsas məzmuna keç
13 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Professor: Sülh razılaşması əldə olunarsa, Zelenski hakimiyyətdən uzaqlaşdırıla bilər

YENİGÜN.MEDİAREKLAM728 × 90

Ukraynada sülh razılaşmasının əldə olunmasının prezident Vladimir Zelenskinin siyasi gələcəyinə təsir göstərə biləcəyi iddia edilir.

Yenigun.Media xəbər verir ki, bunu Kent Universitetinin professoru Riçard Sakva YouTube-da yayımlanan çıxışında bildirib. Sakva universitetdə Rusiya və Avropa siyasəti üzrə professor kimi fəaliyyət göstərib.

Professorun sözlərinə görə, Zelenski Ukraynadakı silahlı münaqişənin həllində maraqlı deyil.

“Əgər sülh gəlsə, o, devriləcək – əsasən edəcəyi güzəştlərə görə. O, özünün yetişdirdiyi və gücləndirdiyi qüvvələr tərəfindən devriləcək”, – deyə Sakva bildirib.

Qeyd edək ki, Ukrayna-Rusiya münaqişəsinin həlli ilə bağlı müxtəlif dövrlərdə danışıqlar aparılıb və sülh razılaşmasının şərtləri ətrafında fikir ayrılıqları davam edir.

Daha əvvəl irlandiyalı jurnalist Çay Bouz da qış yaxınlaşdıqca Zelenskinin vəziyyətinin pisləşdiyini bildirmişdi.

YENİGÜN.MEDİA

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600