Əsas məzmuna keç
21 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

PSJ-nin futbolçusunun dizindəki ön çarpaz bağları qopub

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizindəki ön çarpaz bağları qopub.

Yenigun.Media  xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gürcüstanlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, X.Kvaratsxeliya İspaniya təmsilçisi “Barselona”nı məğlub etdikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda zədələnib.