Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ronaldunun komandası bu səbəbə görə satışa çıxarıla bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu 184 milyon avro məbləğində borc səbəbindən satışa çıxarıla bilər.

Yenigun.Media xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliyanın “Milan” və Fransanın “Tuluza” klublarının sahibi olan “RedBird Capital Partners” şirkəti “Əl-Nəsr”ə mümkün investisiya yatırımı ilə bağlı danışıqlar aparır. Komandanın hücumçusu Kriştianu Ronaldu da klubun səhmlərinin 20 faizədək hissəsini əldə edə bilər.

Səudiyyə Ərəbistanı çempionatında 8 turdan sonra 19 xal toplayan “Əl-Nəsr” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider “Əl-Hilal”dan beş xal geri qalır.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə dörd qol vurub.