Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Revanşistlər estafeti QHT və separatçılara verdilər

Ermənistanda Bakıda həbsdə olan hərbi cinayətkarların məsələsi yenidən aktuallaşıb.

Yenigun.Media xəbər verir ki, əvvəlcə revanşist siyasi partiyalar bu mövzunbu qabardaraq, daha sonra estafeti QHT-lərə və separatçılara veriblər.

Belə ki, “Sərhədsiz hüquqular” adlı QHT-nin rəhbəri Nairi Simonyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla bu mövzuda müzakirələri intensivləşdirməlidir. Onun sözlərinə görə, Bakıda saxlanılan cinayətkarlarla görüş üçün BQXC-nin imkanlarından geniş istifadə olunmalıdır.

Separatçı Metakse Hakobyan isə deyib ki, bumövzu prioritet olmalıdır. “Bakıdakı ermənilərin qaytarılması ikinci dərəcəli humanitar məsələ hesab edilə bilməz, bu, prioritet məsələdir”.