Əsas məzmuna keç
17 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

“Saudi Aramco” şirkətinin obyektlərindən birinə PUA zərbəsi endirilib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının Nəcran şəhərində yerləşən Saudi Aramco neft-qaz şirkətinə məxsus obyektə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiklərini açıqlayıblar.

Yenigun.media xəbər verir ki, bu barədə qrupun nəzarətində olan SABA xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Yəmənin Səada əyalətinin şimal-şərq hissəsində hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.

Səudiyyə Ərəbistanı rəsmiləri və Saudi Aramco neft-qaz şirkəti hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Həmçinin hücum nəticəsində obyektə zərər dəyib-dəymədiyi də məlum deyil.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90