Şəkidə qədim dulusçuluq sənəti yaşadılır. Şəhərin məşhur piti qablarının – “dopu”ların gildən necə hazırlandığını əks etdirən görüntüləri təqdim edirik.
Yenigun.Media xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə təşkil olunan mediatur çərçivəsində jurnalistlər Qala Divarları Kompleksində yerləşən XIX əsrə aid tarixi Barıt anbarında olublar.
Bərpa və konservasiya işlərindən sonra burada sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi fəaliyyət göstərir. Mərkəzdə yerli ustalar tərəfindən Şəkinin ənənəvi piti qabları və digər məişət əşyaları hazırlanır. Turistlər üçün gil sənəti üzrə ustad dərsləri də təşkil olunur.
Dulusçu Şöyüb Məmmədov jurnalistlərə gildən müxtəlif əşyaların, o cümlədən Şəkinin məşhur piti qablarının hazırlanma prosesini əyani şəkildə nümayiş etdirib.
Görüntüləri təqdim edirik:

