Əsas məzmuna keç
08 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Siyəzənneft NQÇİ-də YAP qurultayında irəli sürülən vəzifələr müzakirə olunub – FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

07 oktyabr 2026-cı il tarixində Siyəzənneft NQÇİ-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Yenigun.Media xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzənneft NQÇİ-nin rəis əvəzi Ceyhun Babayev və idarənin əməkdaşları iştirak ediblər.

Çıxışlarda ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunması, gənclərin və cəmiyyətin milli ideologiya ətrafında daha sıx birləşdirilməsi məsələləri diqqətə çatdırılıb.

Həmçinin Azərbaycanın hərbi və iqtisadi gücünün daha da artırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində qarşıda duran vəzifələrdən bəhs olunub.

Tədbirdə vurğulanıb ki, ideoloji iş yalnız təbliğatla məhdudlaşmır. Bu istiqamət dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və Azərbaycançılıq məfkurəsinin cəmiyyətdə daha da möhkəmləndirilməsinə xidmət edən mühüm amil kimi qiymətləndirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600