Yunanıstanda ilin əvvəlindən bəri Qərbi Nil virusuna 452 yoluxma halı qeydə alınıb. Temperaturun aşağı düşməsinə baxmayaraq, ölkədə yeni yoluxma halları aşkarlanmaqda davam edir.
Yenigun.Media xəbər verir ki, bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) məlumat yayıb.
Qurumun məlumatına görə, oktyabrın 9-dan 15-dək olan müddətdə daha 9 yoluxma halı qeydə alınıb, iki nəfər isə virus səbəbindən həyatını itirib.
Beləliklə, 2026-cı ilin əvvəlindən oktyabrın 15-dək Yunanınstanda Qərbi Nil virusundan ölənlərin ümumi sayı 49-a çatıb.
Yoluxma hallarının əksəriyyəti paytaxt Afina və ətraf əraziləri əhatə edən Attika bölgəsində qeydə alınıb.

