Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

SON DƏQİQƏ:Şəhid anası dərəyə aşan avtomobildə həlak oldu

Goranboyda avtomobil dərəyə aşıb, şəhid anası vəfat edib.

Yenigun.Media xəbər verir ki, Goranboy rayonunun Todan kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva şəhid anası olub.

Onun oğlu Sirac Qulu oğlu Həsənəliyev 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Todan kəndində dinc əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində həlak olub. Həmin vaxt evlərinin qarşısında oynayan Sirac aldığı qəlpə yarasından həyatını itirib. O, cəmi 6 yaşında şəhid olub.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)