Dünyanın aparıcı süni intellekt şirkətlərinin rəhbərlərinin texnologiyanın inkişaf tempinin yavaşladılması ilə bağlı xəbərdarlıqları bazarlarda ciddi əks-səda doğurub.
Yenigun.Media-nın məlumatına görə, AI ilə əlaqəli səhmlərdə eniş müşahidə olunub. Anthropic rəhbəri Dario Amodei süni intellekt modellərinin inkişafında daha ehtiyatlı yanaşmaya çağırış edib. Onun mövqeyinə OpenAI rəhbəri Sam Altman və xAI rəhbəri Elon Musk da dəstək verib.
Süni intellektin kibertəhlükələr və digər məqsədlər üçün sui-istifadə olunması ilə bağlı narahatlıqlar da artır.

