Əsas məzmuna keç
13 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Tayvan 210 min dron almaq istəyir – parlamentdə böyük mübahisə

YENİGÜN.MEDİAREKLAM728 × 90

Tayvan hakimiyyəti ordunun pilotsuz uçuş aparatları imkanlarını genişləndirmək üçün 6 illik, təxminən 6,6 milyard dollarlıq xüsusi büdcənin təsdiqlənməsini istəyir.

Yenigun.Media xəbər verir ki, Prezident Lai Çinq-te bildirib ki, müasir müharibələrdə dronların rolu sürətlə artır və Tayvan mümkün təhlükələrə qarşı asimmetrik müdafiə imkanlarını gücləndirməlidir.

Plan çərçivəsində təxminən 210 min dronun alınması nəzərdə tutulur. Lakin müxalifətin nəzarətində olan parlamentdə büdcənin həcmi və xərclərə nəzarət məsələləri ilə bağlı fikir ayrılığı yaranıb.

Çin isə təşəbbüsə etiraz edir və Tayvanın hərbi imkanlarını artırmasını bölgədə gərginliyi yüksəldən addım kimi qiymətləndirir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600