Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Yenigun.Media bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Ankarada İŞİD terror təşkilatını maliyyələşdirmək şübhəli bilinən 16 nəfərə qarşı əməliyyat keçirilib. Onların 14-ü saxlanılıb.
İstanbul və Mersində keçirilən əməliyyatda isə bu terror qruplaşmanı maliyyələşdirməkdə şübhəli bilinən 7 nəfər ələ keçirilib.

