Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Uelsdə təyyarə qəzaya uğrayıb

YENİGÜN.MEDİAREKLAM728 × 90

Böyük Britaniyada, Uelsin Quinet dairəsində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Yenigun.media xəbər verir ki, bu barədə Şimali Uels polisi məlumat yayıb.

Bildirilib ki, İngiltərədəki aerodromdan havaya qalxan təyyarə Kardiqan hava limanına nəzərdə tutulan vaxtda çatmayıb.

Başladılan axtarış-xilasetmə əməliyyatı zamanı aerodromdan təxminən 60 kilometr məsafədə, çətin keçilən ərazidə təyyarənin qalıqları və göyərtəsində olan iki şəxsin meyitləri aşkarlanıb.

Təyyarənin modeli və həlak olan şəxslərin kimliyi açıqlanmayıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90