Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ukrayna ordusu Xarkovda şəhərin ətrafını işğaldan azad etdi

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını geri çəkilməyə məcbur edərək, Xarkov vilayətinin Vovçansk şəhəri ətrafındakı meşə ərazisini təmizləyib.

Yenigun.Media xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda Vovçanskın şərqində 10 kvadratkilometr ərazidəki meşə massivinin azad edildiy bildirilib. Ərazidə keçirilən əməliyyat zamanı üç Rusiya diversiya qrupunun mövqelərindən çıxarıldığı qeyd olunub.