Əsas məzmuna keç
01 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

YAP VIII Qurultayının nümayəndələri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Nümayəndələr Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, YAP-ın VIII qurultayına hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən hesabat konfransları keçirilib. Konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.

Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr təhlil edilərək geniş müzakirələr aparılıb.

Konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək ifadə olunub. Azərbaycanın əldə etdiyi nailiyyətlər, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün və tam suverenliyinin təmin olunmasında həyata keçirilən siyasətin rolu vurğulanıb.

Hesabat konfranslarının yekunlarına əsasən rayon və şəhər təşkilatları tərəfindən YAP-ın VIII qurultayına 960 nümayəndə seçilib.

Yeni Azərbaycan Partiyasının VIII qurultayı oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600