Əsas məzmuna keç
19 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Deputat Müşfiq Məmmədli Rustov kəndində elektrik dirəklərinin yenilənməsi işləri ilə tanış olub

YENİGÜN.MEDİAREKLAM728 × 90

Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində köhnəlmiş və yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin yenilənməsi işləri aparılır.

Yenigun.Media-nın məlumatına görə, “Azərişıq” ASC tərəfindən həyata keçirilən işlərə bu il yağıntıların intensivliyi və sel sularının təsiri nəticəsində aşınmaya məruz qalan elektrik dirəklərinin yenilənməsi də daxildir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli görülən işlərlə yerində tanış olub. Deputat kənd sakinləri və burada yaşayan seçicilərlə görüşərək onların müraciətlərini, qarşılaşdıqları problemləri və təkliflərini dinləyib.

Müşfiq Məmmədli bildirib ki, kəndlərdə infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması, elektrik təsərrüfatının etibarlılığının və təhlükəsizliyinin artırılması, sakinləri narahat edən məsələlərin aidiyyəti qurumlarla birgə həlli diqqətdə saxlanılır.

Deputat seçicilərlə birbaşa ünsiyyətin və qaldırılan məsələlərin həllinin izlənilməsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90