Milli Məclisin deputatı Kamaləddin Qafarovun fəaliyyəti ilə bağlı yeni iddialar yayılıb.
Yenigun.Media AzFakt.com-a istinadən bildirir ki, Kamaləddin Qafarovun ətrafında uzun müddətdir onunla çalışan bəzi əməkdaşlar arasında narazılıq yaranıb. Buna səbəb kimi deputata məxsus olduğu iddia edilən şirkətlərdə idarəetmə məsələlərində katibəsinin mühüm rol oynaması göstərilir.
Məlumata görə, katibənin təklif etdiyi şəxslərin şirkətlərdə mühüm vəzifələrə təyin edilməsi uzun illərdir Qafarovla çalışan bəzi əməkdaşların narazılığına səbəb olub.
Qeyd edək ki, Kamaləddin Qafarovun katibəsinin şirkətlərin idarə edilməsində söz sahibi olması ilə bağlı oxşar iddialar ötən il də yayılmışdı. Həmin məlumatlarda ölkənin iri quşçuluq müəssisələrindən biri olan “Siyəzən Broyler” ASC-nin deputata məxsus olduğu iddia edilirdi. Bildirilirdi ki, rəsmi sənədlərdə və vergi qeydiyyatında müəssisənin sahibi kimi başqa şəxslərin adları göstərilsə də, şirkətə faktiki olaraq Kamaləddin Qafarov nəzarət edir.
Həmin iddialarda, həmçinin “Siyəzən Broyler” ASC-nin idarəçiliyinin deputatın katibəsi Leyla xanımın həyat yoldaşına həvalə olunduğu qeyd edilirdi. Məlumatda deputata məxsus olduğu iddia edilən bir sıra digər obyektlərin idarə edilməsində də Leyla xanımın rolunun olduğu bildirilirdi./Azfakt/

