Bu gün Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin anadan olmasının 114-cü ildönümüdür.
1912-ci il avqustun 20-də dünyaya gələn Niyazi Azərbaycan musiqi mədəniyyətinin inkişafında silinməz iz qoyub. Onun dirijor kimi fəaliyyəti, bəstəkar yaradıcılığı və milli musiqinin dünyada tanıdılmasına verdiyi töhfələr sənət tariximizin mühüm səhifələrini təşkil edir.
Sənətkarın Azərbaycan musiqisinə xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Niyazi 1959-cu ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, müxtəlif orden və medallarla təltif edilib.
Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub.
Aradan illər keçsə də, Niyazinin sənəti, musiqiyə sevgisi və Azərbaycan mədəniyyətinə bəxş etdiyi irs yaşayır. Böyük sənətkarı doğum günü münasibətilə hörmət və ehtiramla yad edirik.

