Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərlə növbəti görüş keçirilib.
Yenigun.Media xəbər verir ki, Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub və bir sıra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Sakinlərin müraciətləri əsasən mənzil təminatı, pensiya təyinatı, əlillik dərəcəsinin müəyyənləşdirilməsi, səhiyyə xidmətlərindən istifadə, kredit borcları, sosial təminat və digər məsələlərlə bağlı olub.
Bildirilib ki, aidiyyəti dövlət qurumlarının müdaxiləsini və dəstəyini tələb edən məsələlərlə bağlı rəsmi deputat sorğuları hazırlanaraq müvafiq qurumlara göndəriləcək.
Qeyd edək ki, növbəti görüşdə iştirak etmək istəyən sakinlər deputat köməkçisi Eltun Ağakişiyev ilə əlaqə saxlayaraq əvvəlcədən qeydiyyatdan keçə bilərlər: 050 226 80 02.


