Əsas məzmuna keç
29 Avqust 2026, Şənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Şəhid övladı Nazlinin ilk məktəb həyəcanı – Dünya Məktəbində xüsusi tədbir keçirilib

YENİGÜN.MEDİAREKLAM728 × 90

44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tağıyev Hüseyn Oktay oğlunun övladı Tağıyeva Nazlı bu il ilk dəfə məktəbə qədəm qoyub.

Yenigun.Media xəbər verir ki, dünya Məktəbində birinci sinfə qədəm qoyan şagirdlər üçün təşkil olunan xüsusi tədbirdə Nazlının da ilk məktəb həyəcanına və sevincinə şahidlik edilib.

Tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər şəxslər iştirak ediblər.

Çıxışlarda şəhid ailələrinin, xüsusilə şəhid övladlarının daim dövlətin və cəmiyyətin diqqətində saxlanılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, şəhid övladlarının təhsil alması, onların gələcəyinin təmin olunması və layiqli vətəndaş kimi formalaşması istiqamətində göstərilən qayğı xüsusi əhəmiyyət daşıyır.

Nazlının ilk məktəb günündə yaşadığı sevinc və həyəcan tədbir iştirakçıları tərəfindən böyük diqqət və həssaslıqla qarşılanıb.

Şəhidlərimizin əmanəti olan övladların hər bir uğuru, onların təhsilə və həyata inamla başlaması Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə göstərilən ən böyük ehtiram nümunələrindən biridir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600