Əsas məzmuna keç
11 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Müşfiq Məmmədli 40-dan çox sahibkarla keçirilən görüşdə iştirak edib

YENİGÜN.MEDİAREKLAM728 × 90

FAYDA İş Adamları Platforması və GBARU şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatı Müşfiq Məmmədli ilə yanaşı, 40-dan çox sahibkar iştirak edib.

Tədbir çərçivəsində sahibkarlarla fikir mübadiləsi aparılıb, onların düşüncə, təklif və biznes sahəsində qarşılaşdıqları məsələlər dinlənilib.

Görüşdə işgüzar əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Müşfiq Məmmədli belə görüşlərin sahibkarların mövqeyinin öyrənilməsi, onların təkliflərinin müvafiq platformalarda səsləndirilməsi və biznes ictimaiyyəti ilə əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Qeyd olunub ki, sahibkarlarla mütəmadi fikir mübadiləsinin aparılması yeni təşəbbüslərin və əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verə bilər.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600