Ukraynadakı döyüşlərin daha tez başa çatması üçün ABŞ-ın Kiyevə birbaşa yardım göstərməyi dayandıra biləcəyi bildirilib.
Yenigun.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Vesti”nin müxbiri Pavel Zarubinə açıqlamasında deyib.
Uşakov ABŞ-ın Ukrayna münaqişəsinin tezliklə başa çatması üçün hansı addımları ata biləcəyinə dair suala cavabında bildirib:
“Əvvəla, Kiyevə hər hansı yardım göstərməyi dayandırmaq lazımdır”.
Rusiya rəsmisi Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Kiyevə yardımının nəzərəçarpacaq dərəcədə azaldığını da qeyd edib.
Qeyd edək ki, sentyabrın 8-də Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər Ukrayna münaqişəsinin mümkün qədər tez başa çatdırılması və danışıqların davam etdirilməsi məsələlərini müzakirə ediblər.
YENİGÜN.MEDİA

