Əsas məzmuna keç
12 Oktyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

SON DƏQİQƏ:Hamamda cansız bədəni tapılan Məzahir görün kimin qardaşı İMİŞ

YENİGÜN.MEDİAREKLAM728 × 90

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş.

Yenigun.Media Oxu.Az-a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir.

Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.

Məlumata görə, Məzahir Məcdunovun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı var imiş. O, ötən gün fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar.

Faktla bağlı araşdırmalar davam edir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600