Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə 7-11 sentyabr tarixlərində Çin Xalq Respublikasının 17 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub.

Yenigun.Media xəbər verir ki, səfər zamanı iştirakçılar Bakı, Gəncə, Göygöl və Lənkəranın turizm imkanları ilə tanış olublar.

İştirakçılara Azərbaycanın tarixi və mədəni irsi, sağlamlıq turizmi və ekoturizm məhsulları barədə məlumat verilib, müxtəlif yerləşmə vasitələri ilə tanışlıq həyata keçirilib.

Proqram çərçivəsində Çin turizm şirkətlərinin nümayəndələri ilə 70-ə yaxın yerli turizm şirkətinin iştirakı ilə B2B formatında işgüzar görüş keçirilib. Görüş zamanı yeni əməkdaşlıq istiqamətləri və mümkün işgüzar əlaqələr müzakirə olunub.