Bakıda Azərbaycan-Türkiyə enerji gündəminin əsas istiqamətlərinin müzakirə olunduğu 5-ci Enerji Forumu keçirilib.
Yenigun.Media xəbər verir ki, forumda enerji təhlükəsizliyi, karbohidrogenlər, elektrik bazarı, bərpa olunan enerji, enerji səmərəliliyi və mədənçilik kimi istiqamətlər müzakirə edilib.
Tədbirin Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli platformaya çevrildiyi bildirilir.

