Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.
Yenigun.Media xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak edir. Heyəti Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edir.
Səfər çərçivəsində xarici diplomatların azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olması nəzərdə tutulur.

