Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib.
Yenigun.Media xəbər verir ki, deputat təbrikində prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yer tutduğunu qeyd edib.
“Qanunun aliliyinin və ədalətin qorunması dövlətçiliyimizin əsas dayaqlarındandır. Bu şərəfli və məsuliyyətli yolda bütün prokurorluq əməkdaşlarına möhkəm cansağlığı, peşə fəaliyyətində yeni nailiyyətlər diləyirəm.
Peşə bayramınız mübarək!” – deyə Razi Nurullayev bildirib.

