Əsas məzmuna keç
25 Noyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Nazir müavini: “Azərbaycanla əməkdaşlıqdan başqa yolumuz yoxdur”

TRIPP-nin tətbiqi üçün Ermənistanın Azərbaycan və Orta Asiya ölkələri ilə danışıqları tələb olunacaq”.

Yenigun.Media xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan deyib.

O, bundan əlavə, Orta Dəhliz çərçivəsində marşrutun effektiv işləməsini təmin etmək üçün gömrük yoxlamalarının sürətləndirilməsinə imkan verəcək texniki həllər barədə razılığa gəlmək lazım olacağını da qeyd edib.
Kostanyan bildirib ki, dəmir yolu Ermənistana haradansa daxil olmalıdır. “Azərbaycandan daxil olur, digər tərəfdən isə Naxçıvan istiqamətində çıxmalıdır. Burada ən əsas texniki və iqtisadi parametrləri müzakirə etmək lazımdır”.
Nazir müavini vurğulayıb ki, məsələ ilə bağlı Azərbaycanla əməkdaşlıq vacibdir. “Bu infrastrukturların yaxın qonşumuzun ərazisindən Ermənistana daxil olacağını və onun ərazisindən çıxacağını nəzərə alsaq, ilk növbədə Azərbaycan tərəfi ilə əməkdaşlıq etməliyik”.
Kostanyan onu da qeyd edib ki, Türkiyə və Azərbaycanla enerji əlaqəsi Ermənistanın enerji sisteminin sabitliyini artıracaq.