ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri artırmaq siyasəti Vaşinqton-Pekin münasibətlərində də yeni gərginlik yarada bilər.
Yenigun.Media-nın məlumatına görə, Deutsche Welle yazır ki, ABŞ İranın gəlirlərini məhdudlaşdırmağa çalışsa da, Çinin İranla iqtisadi əlaqələri Vaşinqtonun qarşısında mühüm problem olaraq qalır.
Pekinin İran neftinin əsas alıcılarından biri olması məsələnin geosiyasi əhəmiyyətini artırır.

