Əsas məzmuna keç
11 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

YAP Mingəçevir təşkilatında qurultaydan irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayır – FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Mingəçevir şəhər təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.Bu çərçivədə 14 saylı ərazi partiya təşkilatında (Tibb Kolleci) görüş keçirilib.

Yenigun.Media xəbər verir ki, görüşdə partiyanın VIII Qurultayında müəyyənləşdirilmiş vəzifələr, qarşıda duran hədəflər və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı Prezident İlham Əliyevin qurultaydakı nitqində əksini tapan mühüm məqamların əhəmiyyəti diqqətə çatdırılıb. Partiya üzvlərinin qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş iştirakçıları qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600