Əsas məzmuna keç
17 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edir

YENİGÜN.MEDİAREKLAM728 × 90

Qazaxıstanın Kostanay şəhərində uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və praktiki bacarıqların formalaşdırılması mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilir.

Yenigun.media xəbər verir ki, tədbirlərdə Azərbaycanı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rüfət Quliyev, İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev, həmçinin Bakı şəhəri Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərlik etdiyi şagirdlərdən ibarət komanda təmsil edir.

Elmi-praktik konfransda iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə uşaqların yol hərəkəti təhlükəsizliyi üzrə bilik və praktiki bacarıqlarının artırılması, maarifləndirmə və tədris metodlarının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və ölkələrarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində müxtəlif ölkələrdə uşaqlar və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşdırılması, təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr və təşəbbüslər barədə fikir mübadiləsi aparılır.

Beynəlxalq toplantı yol hərəkəti təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və uşaqların təhlükəsiz davranış vərdişlərinin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.

Yenigun.media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90