Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycan və Türkiyə enerji əməkdaşlığını yeni mərhələyə çıxarır

Bakıda Azərbaycan-Türkiyə enerji gündəminin əsas istiqamətlərinin müzakirə olunduğu 5-ci Enerji Forumu keçirilib.

Yenigun.Media xəbər verir ki, forumda enerji təhlükəsizliyi, karbohidrogenlər, elektrik bazarı, bərpa olunan enerji, enerji səmərəliliyi və mədənçilik kimi istiqamətlər müzakirə edilib.

Tədbirin Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli platformaya çevrildiyi bildirilir.