2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 6 milyard 527 milyon manat vəsait yönəldilib.
Yenigun.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 608 milyon manat və ya 10 faiz çoxdur.
Ölkə üzrə orta aylıq pensiya 596 manata, yaşa görə orta aylıq pensiya isə 634 manata çatıb.

