Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanın logistika gücü artır: Bakı Limanında yeni hədəf

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyi daha da gücləndirilir.

Yenigun.Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin inkişafında Azərbaycanın dəmir yolu və liman infrastrukturu mühüm rol oynayır.

Onun sözlərinə görə, Bakı Limanının hazırkı 15 milyon ton illik yükaşırma gücünün daha 10 milyon ton artırılması planlaşdırılır.

Konteyner daşımalarında da ciddi artım gözlənilir. Limanın hazırda 150 min TEU olan illik imkanının 2026-cı ilin sonunda 200 min TEU, 2027-ci ilin sonuna isə təxminən 300 min TEU səviyyəsinə çatdırılması hədəflənir.

Rüstəmov Xəzərdə su səviyyəsinin azalmasının gəmiçilik üçün yaratdığı risklərə də diqqət çəkib.

Beləliklə, Azərbaycanın logistika infrastrukturu üzrə əsas hədəf yalnız yükdaşıma imkanlarını artırmaq deyil, Orta Dəhlizin Avrasiya üzrə daha səmərəli işləməsinə töhfə verməkdir.