Əsas məzmuna keç
25 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

BDU rektoru yeni tələbələrə müraciət etdi: “Böyük BDU ailəsinə xoş gəlmisiniz!”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetə yeni qəbul olunan tələbələrə müraciət edib.

Rektor yeni tələbələri təbrik edərək onların həyatında yeni və mühüm mərhələnin başladığını bildirib. Elçin Babayev qeyd edib ki, BDU-da tələbələri yalnız auditoriyalar və dərslər deyil, zəngin tələbə həyatı, yeni dostluqlar, elmi axtarışlar və müxtəlif layihələr gözləyir.

“Bakı Dövlət Universiteti 107 illik tarixi, zəngin elmi ənənələri və nüfuzlu akademik mühiti ilə Azərbaycanın aparıcı universitetlərindən biridir. Bu gün siz də bu böyük universitetin tələbəsi olursunuz. İnanıram ki, BDU-da atdığınız ilk addım gələcək uğurlarınız üçün möhkəm təməl olacaq”, – deyə rektor bildirib.

Elçin Babayev tələbələrə universitet illərindən səmərəli istifadə etməyi, yeni biliklər qazanmağı, təşəbbüskar və əzmkar olmağı tövsiyə edib.

Rektor vurğulayıb ki, universitet illəri yalnız peşəkar gələcəyin formalaşması baxımından deyil, həm də yeni dostluqların qurulması və həyatın yaddaqalan anlarının yaşanması üçün mühüm dövrdür.

“Burada qazandığınız bilik və bacarıqlar gələcəkdə həm şəxsi uğurlarınıza, həm də ölkəmizin inkişafına töhfə verəcək. Qoy BDU-da keçirəcəyiniz illər bilik, inkişaf, dostluq və uğurlarla yadda qalsın”, – deyə Elçin Babayev qeyd edib.

Rektor çıxışının sonunda yeni tələbələrə “Böyük BDU ailəsinə xoş gəlmisiniz!” deyərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, BDU son illərdə tələbələrin inkişafı, elmi fəaliyyətə cəlb olunması və tələbə həyatının zənginləşdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. 

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600