Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

“Bitcoin” ucuzlaşır

YENİGÜN.MEDİAREKLAM728 × 90

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

Yenigun.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,57% azalaraq 82 815,30 ABŞ dollarına enib. Kriptovalyuta son 7 gündə 0,98% ucuzlaşsa da, son 30 gündə 4,95% bahalaşıb.

“Ethereum” 1,75% ucuzlaşaraq 2 566,87 dollara, “Zcash” 1,85% geriləyərək 1 303,60 dollara, “Monero” isə 0,39% azalaraq 559,63 dollara enib.

“Bitcoin Cash”in qiyməti 2,76% azalaraq 298,74 dollara, “Bittensor” 2,20% ucuzlaşaraq 288,84 dollara, “Solana” isə 2,02% geriləyərək 115,89 dollara düşüb.

Bununla yanaşı, BNB ümumi bazar dinamikasından fərqli olaraq 0,38% bahalaşaraq 769,93 dollara yüksəlib.

Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 0,19% azalaraq 4 142,57 dollara, “Tether Gold” (XAUT) isə 0,27% geriləyərək 4 135,19 dollara enib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,30% azalaraq 171,18 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,66 trln. dollar səviyyəsində qərarlaşıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600