Əsas məzmuna keç
27 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Böyük qayıdışın növbəti əsas məsələsi: Qarabağda iş imkanları necə genişləndiriləcək?

YENİGÜN.MEDİAREKLAM728 × 90

Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın genişlənməsi ilə əhalinin məşğulluğu məsələsi də gündəmin əsas mövzularından birinə çevrilir.

Yenigun.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən görüşdə geri qayıdan vətəndaşların işlə təmin olunması məsələləri müzakirə edilib.

Görüşdə müxtəlif dövlət qurumlarının və Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı işəgötürənlərlə birgə addımların atılması, həmçinin regiona ixtisaslı kadrların cəlb edilməsinə imkan verən güzəşt və üstünlüklər barədə məlumat verilib.

Beləliklə, Böyük Qayıdış prosesində növbəti mərhələnin yalnız yaşayış məntəqələrinə qayıdış deyil, insanların həmin ərazilərdə dayanıqlı iş və gəlir imkanlarına sahib olması üzərində qurulması diqqət çəkir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600