Əsas məzmuna keç
15 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Deputat ADEX-də danışdı: “Azərbaycan öz texnoloji nailiyyətlərini dünya bazarına çıxarır”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bakıda keçirilən “ADEX 2026” sərgisində Azərbaycanın müdafiə sənayesinin imkanları, yeni texnologiyalar və hərbi-texniki əməkdaşlıq məsələləri diqqət mərkəzindədir. Sərgidə yerli müdafiə sənayesinin istehsal etdiyi məhsulların nümayiş etdirilməsi Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri və beynəlxalq bazarlara çıxış imkanlarını da ön plana çıxarır.

Milli Məclisin deputatı Fariz İsmayılzadə “ADEX 2026” ilə bağlı Yenigun.Media-ya açıqlamasında Azərbaycanın müdafiə sənayesinin formalaşması və inkişafından danışıb.

Deputat bildirib ki, Azərbaycanın müdafiə sənayesinin gücləndirilməsi istiqamətində məqsədyönlü və sistemli işlər aparılıb:

“ADEX 2026 ilə bağlı əsas onu qeyd edək ki, Azərbaycan işğal dövründə öz hərbi potensialını gücləndirmək üçün cənab Prezidentin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaratmışdır. Çox sistematik işlər aparıldı bu sahədə. Azərbaycanın öz ordusu üçün, öz silahlı qüvvələrinin güclənməsi üçün bu sənaye çox böyük işlər gördü. İkinci Qarabağ müharibəsində də biz bunu gördük, 44 günlük müharibə zamanı ordumuzun potensialını gördük.

Amma təbii ki, indi həyat davam edir və biz daha çox ixrac potensialı barədə düşünməliyik. Azərbaycan dünya bazarlarına çıxır və öz məhsulları ilə burada həm milli büdcəmizə böyük fayda verilir, həm də eyni zamanda texnologiyaların inkişafı, insan potensialının, insan resurslarının və yüksək bilikli kadrların inkişafı ölkəmiz üçün çox vacibdir.

Yəni müdafiə sənayesi nə qədər çox inkişaf etsə, o qədər həm ixrac potensialı artar, dünya bazarlarına biz öz məhsullarımızı çatdıra bilərik, həm də ölkəmizdə texnoloji potensial arta bilər.

Bu prizmadan bu sənayenin perspektivlərini mən çox böyük görürəm. Azərbaycan artıq çox ölkəyə silah sata bilir, öz məhsullarını sata bilir, öz texnoloji nailiyyətlərini göstərə bilir. Bu da bizim iqtisadiyyatımız üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün vacib bir amildir”.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600