Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Deputat Müşfiq Məmmədli seçicilərlə görüşüb

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Müşfiq Məmmədli seçicilərlə görüş keçirib.

Yenigun.media xəbər verir ki, görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərlə bağlı müvafiq addımların atılacağı bildirilib.

Daha sonra deputat Quba rayonunun Zərqava kəndindən olan Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun ailəsini ziyarət edib.

Şəhidin ailə üzvləri ilə görüşən Müşfiq Məmmədli onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid Səlim Sultanovun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın daim ehtiramla yad edildiyi vurğulanıb.

Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90