Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Dörd rayonda torpaq sahələri alınacaq

Ağstafa, Göygöl, Ağdam və Füzulidə torpaqlarla bağlı qərar: dövlət ehtiyacları üçün alınacaq

Yenigun.Media xəbər verir ki, Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.

Səbəb həmin ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna tələbatın ödənilməsi və müxtəlif hidrotexniki qurğuların inşasıdır.

Baş nazir Əli Əsədovun qərarına əsasən, proseslə bağlı hazırlıq tədbirlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirəcək.