Əsas məzmuna keç
11 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Fatma Yıldırım Bərdədə vəfat edən təhsil sektorunun müdiri ilə bağlı paylaşım edib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib.

Yenigun.media xəbər verir ki, bu barədə Milli Məclisin Bərdədən seçilən deputatı Fatma Yıldırım sosial media hesabında paylaşım edib.

Deputat mərhum Nicat İsmayılovun Bərdədə keçirilən bir sıra vətəndaş qəbullarında iştirak etdiyini və təhsillə bağlı müraciətlərin həllində dəstək göstərdiyini bildirib.

Fatma Yıldırım onu işinə məsuliyyətlə yanaşan, səmimi və diqqətli insan kimi xatırladığını qeyd edib.

“Bu qədər erkən və gözlənilməz itki çox ağırdır”, – deyə deputat paylaşımında vurğulayıb.

Fatma Yıldırım mərhumun ailəsinə, doğmalarına və iş yoldaşlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600