Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalının elmi fəaliyyəti ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.
Yenigun.Media xəbər verir ki, deputat 2024-cü ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.2.43 Dissertasiya Şurasında “Pedaqoji psixologiya” ixtisası üzrə “Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edib
Lakin iddialara görə, onun elmi işi Ali Attestasiya Komissiyasında (AAK) bu günədək təsdiqlənməyib. Bu səbəbdən Günay Ağamalının iki ildir “Pedaqoji psixologiya” ixtisası üzrə fəlsəfə doktoru diplomunu ala bilmədiyi bildirilir.
Qeyd edək ki, deputat 2004-cü ildə Qərb Universitetində ingilis dili üzrə tərcüməçilik ixtisası üzrə bakalavr, 2006-cı ildə isə Azərbaycan Dillər Universitetində magistr dərəcəsi alıb.
Milli Məclisin rəsmi saytında yerləşdirilən bioqrafik məlumatda onun ingilis dili biliyinin səviyyəsi “əla” deyil, “yaxşı” kimi göstərilib.
Bundan başqa, Günay Ağamalı 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Praktik psixoloq” ixtisası üzrə ikinci ali təhsil alıb.
Deputatın dissertasiyasının AAK tərəfindən niyə təsdiqlənmədiyi və diplomun verilməməsinin səbəbləri isə əlavə araşdırma tələb edən məsələlərdəndir (Mia.az)

