Əsas məzmuna keç
27 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Meta yeniyetmələrin istifadəsinə əlavə məhdudiyyətlər gətirir

YENİGÜN.MEDİAREKLAM728 × 90

“Facebook” və “Instagram” platformalarının sahibi Meta yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi ilə bağlı ABŞ-da aparılan hüquqi mübahisəni böyük razılaşma ilə yekunlaşdırmağa hazırlaşır.

Yenigun.Media xəbər verir ki, Reuters-in bu gün yaydığı məlumata görə, şirkətin razılaşma çərçivəsində 10 il ərzində 18 milyard dollara qədər ödəniş etməsi nəzərdə tutulur.

Bununla yanaşı, yeniyetmələrin platformalardan istifadəsinə əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Yaşın müəyyənləşdirilməsi, gecə saatlarında bildirişlərin məhdudlaşdırılması və istifadə müddətinə nəzarətin gücləndirilməsi əsas istiqamətlər sırasındadır.

Məsələ artıq yalnız bir şirkətin hüquqi problemi kimi deyil, sosial şəbəkələrin uşaqlar və yeniyetmələr üzərində təsiri ilə bağlı qlobal müzakirənin yeni mərhələsi kimi qiymətləndirilir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600