Əsas məzmuna keç
21 Avqust 2026, Cümə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Mingəçevirdə şəhər icra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib

YENİGÜN.MEDİAREKLAM728 × 90

20 avqust 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

İclasda Şura üzvləri, şəhərdə fəaliyyət göstərən təşkilatların rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Toplantının gündəliyinə üç məsələ daxil edilib. İlk olaraq 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin istehsal müəssisələrində və xidmət sahələrində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlərin vəziyyəti barədə məsələ nəzərdən keçirilib.

İclasda həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində uçota alınmış çağırışçıların çağırış məntəqəsinə təhkim edilməsi, hərbi-həkim komissiyasından keçirilməsi və hərbi hissələrə göndərilməsi işlərinin təşkili vəziyyəti müzakirəyə çıxarılıb.

Gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb və hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edilib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600