Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş vermiş təxribatı pisləyib.
Yenigun.Media-nın məlumatına görə, naməlum şəxslər qonaq evinin qarşısında Azərbaycana qarşı provokativ görüntülər yerləşdiriblər.
Azərbaycan tərəfi hadisənin hərtərəfli araşdırılmasını və təxribatın təşkilatçılarının müəyyənləşdirilməsini tələb edib. Hadisənin görüntüləri də yayımlanıb.

