Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.
Yenigun.Media xəbər verir ki, hadisə “Nəsimi” metrostansiyasının yaxınlığında yerləşən tikililərdən birində baş verib. İlkin məlumata görə, uzun müddətdir yaşayış üçün istifadə olunmayan tikilidən anbar kimi istifadə edilib.
Yanğın zamanı tikilidən güclü tüstünün qalxdığı müşahidə olunub. Hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi, tikilinin nə qədər hissəsinin zərər gördüyü və xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.

